Şanlı tarixinə 44 günlük Vətən Müharibəsi kimi daxil olmuş və böyük Zəfərimizlə yekunlaşmış həmin günləri böyük qürur hissi ilə, həm yaşadıq, həm də xatırlayırıq.
Torpaqlarımızın yağı düşməndən azad edilməsi ilə yekunlaşan Şanlı Zəfərimiz regional proseslərə də böyük təsir etdi. Qələbəni təmin edən əməliyyatlarl dərindən analiz edərkən, göz önünə mükəmməl səhnələr gəlir. 30 ilə yaxın müddətdə tarixi, hüquqi, əzəli və əbədi torpaqlarımızda qanunsuz möhkəmlənməyə çalışan, orada “Ohanyan səddi” quran mənfur düşmən torpaqlarımızı sülh yolu ilə, müharibəsiz qaytarmaq niyyətində olmadığını aydın nümayiş etdirirdir.
Rəsmi İrəvan danışıqlar masasında da aydın nümayiş etdirirdi ki, onlar bu yerlərdən elə-belə getmək niyyətində deyillər. Ermənistan hətta beynəlxalq hüququn bütün normalarını açıq-aydın pozmaqla son zamanlar yeni-yeni ərazilər işğal etmək niyyətini açıq-aydın nümayiş etdirirdi.. Son ana qədər beynəlxalq hüquqa hörmətlə yanaşan, məsələnin qan tökülmədən həllinin tərəfdarı olduğunu nümayiş etdirən Azərbaycan paralel olaraq Ordusunu ən müasir silahlarla gücləndirir, zamanı gələrsə müharibə edəcəyini də açıq büruzə verirdi. Həyata keçirilən düzgün siyasət, gələcəyə hesablanmış ağıllı, düşünülmüş strategiya tarixi Qələbəmizi şərtləndirdi. Məhz, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq həyata keçirilən iqtisadi siyasət nəticəsində güclü iqtisadiyyatın formalaşdırılması, müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Ordunun yaradılması tarixi Zəfərimizi şərtləndirdi.
44 günlük Vətən Müharibəsi ilə bağlı bir sıra detallara nəzər saldıqda Qalib Ordumuzun haradasa mümkünsüz olanı bacardığının şahidi oluruq. Azərbaycan Ordusunun əsgər və zabitləri tariximizə, soyumuza uyğun, qəhrəmanlıq, igidlik, şücaət nümayiş etdirdi. Bu gün qürurla deyə bilərik ki, müasir dövrdə bu tipli müharibələri ancaq Azərbaycan kimi güclü dövlətlər apara bilər. Hərbçilər gözəl bilir ki, lokal xarakterli döyüşlərdə artıq heç bir hərbi texnika köməyə çatmır. Bunu ən müasir hərbi analiz mərkəzləri də etiraf edir. Əlbəttə ki, Şuşa əməliyyatı bir dərslik, bir dastandır. Onun hər bir detalı illərlə öyrənilməlidir. Məhz bu unikal əməliyyatda iştirak edən hər bir döyüşçü əsl mübarizlik nümayiş etdirib. Müzəffər Ali Baş Komandan 8 Noyabr Zəfər Gününə həsr edilmiş və tarixi Xankədidə keçirilmiş Hərbi paradda Şuşa əməliyyatına bir daha diqqət çəkərək Azərbaycan əsgərinin nələrə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Artıq qeyd etditimiz kimi tarixi Zəfər nəticəsində yerləşdiyimiz regionda yeni reallıqlar formalaşıb.
Ermənistan kimi həm döyüş səhnəsində məhv olmuş, həm də iqtisadi cəhətdən məhv olmaq dərəcəsinə gəlmiş ölkənin mövcudluğu ancaq qonşuları ilə normal münasibətlər qurmaqla mümkün ola bilər. Ümid edirik ki, Ermənisatan rəhbərliyi müharibədəki acı məğlubiyyətdən dərs çıxaracaq, regiona əbədi sülhün gəlməsi üçün əməli addımlar atacaqdır.
Cavid Babayev;
Neftçala rayonu , keçmiş hərbçi


