2026-cı il Nobel mükafatının fiziologiya və tibb üzrə laureatları açıqlanıb.
Mükafatın rəsmi saytında dərc edilən məlumata görə, Karolinska İnstitutunun Nobel Assambleyasının qərarı ilə mükafat Karl Deyserot, Piter Hegeman və Corc Neyqlə verilib.
Alimlər bu mükafata işıqla aktivləşən ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə layiq görülüblər.
Optogenetika canlı beyində sinir hüceyrələrinin yaddaş, hisslər və davranışları necə formalaşdırdığını öyrənməyə imkan verən metoddur.
Peter Hegemann və Georg Nagel birhüceyrəli yosun növündə channelrhodopsin adlı zülalı aşkar ediblər. Karl Deisseroth isə bu zülalı sinir hüceyrələrini işıq vasitəsilə idarə etməyə imkan verən mexanizmə çevirib.
Nobel Assambleyasının məlumatına görə, laureatların araşdırmaları nevrologiyada yeni dövrün əsasını qoyub. Optogenetika vasitəsilə alimlər müxtəlif yaddaş, hiss və davranışlara nəzarət edən sinir dövrələrini araşdırmağa başlayıblar.
Metoddan nevroloji və psixiatrik xəstəliklərin öyrənilməsində də istifadə olunur. Hazırda tədqiqatçılar görmə qabiliyyətini itirmiş insanların görmə funksiyasının bərpası məqsədilə optogenetikadan istifadə imkanlarını araşdırırlar.
Qeyd edək ki, optogenetika beynin fəaliyyətinin öyrənilməsinə dair təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişib.
TREND
- “Ziraat Bank Azərbaycan” kredit vermək üçün birjadan 15 milyon manat toplayır
- Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub – VİDEO
- Liya Bayramova YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDU
- AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib
- Müəllim – gələcəyin qurucusu və biliyin yol göstərəni
- Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
- Məhkəmə ekspertizasında özəl sektor genişlənir – təlimlər başladı
- Tibb üzrə Nobel mükafatının laureatları açıqlanıb


