Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu çərçivəsində “Sosial birliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel sessiya təşkil olunub.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən paneldə Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Wajiha Qamar, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, Fələstin Dövlətinin Qazaxıstandakı səfiri, diplomatik korpusun duayeni Montaser Əbu Zeyd, İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zaid AlNawaiseh, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Salkın Sarnoqoyeva və Kamboca İnformasiya Nazirliyinin dövlət katibinin müavini Prak Thaveak Amida spiker qismində çıxış ediblər.
Panel müzakirələri zamanı medianın sosial həmrəyliyin möhkəmləndirilməsində, mədəni müxtəlifliyin təşviqində və cəmiyyət daxilində qarşılıqlı anlaşmanın formalaşdırılmasında rolu ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, informasiya məkanında yayılan məzmun cəmiyyətin müxtəlif qrupları arasında münasibətlərə birbaşa təsir göstərdiyindən medianın məsuliyyətli, inklüziv və həssas yanaşması xüsusilə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan media ortaq dəyərlərin təşviqi, stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması, eləcə də cəmiyyətdə qarşılıqlı etimad və sosial birliyin möhkəmləndirilməsi üçün mühüm kommunikasiya platforması kimi çıxış edir.
Qeyd edək ki, panel müzakirənin sonunda iştirakçıların sualları cavablandırılıb.
TREND
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR


