Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “SOCAR Georgia Petroleum” şirkəti tələbələr üçün İş və Təhsil Proqramını elan edib.
“SOCAR Georgia Petroleum” Gürcüstanda gənclərin məşğulluğunu və təhsilini dəstəkləmək məqsədilə Tələbə Proqramını davam etdirir. Proqram çərçivəsində tələbələr, eyni zamanda, iş təcrübəsi qazanmaq və təhsilləri üçün maliyyə dəstəyi əldə etmək imkanına malik olacaqlar.
Proqramda iştirak etmək üçün tələbənin özəl və ya dövlət ali təhsil müəssisəsində fəal tələbə olması tələb olunur. İştirakçılar SOCAR-ın yanacaqdoldurma məntəqələrində yanacaqdoldurma operatoru və ya baş yanacaqdoldurma operatoru kimi çalışaraq həm praktiki bacarıqlarını inkişaf etdirə, həm də təhsil xərcləri üçün maliyyələşdirmə əldə edə bilərlər.
Təşəbbüsün məqsədi tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləmək, motivasiyasını artırmaq və şirkətin sosial məsuliyyətinin vacib hissəsi olan iş mədəniyyətini gücləndirməkdir. “SOCAR Georgia Petroleum” gənclərin inkişafını dəstəkləməyə və Gürcüstan ərazisində təhsilyönümlü layihələr həyata keçirməyə davam edir.
TREND
- Azərbaycanın daşınmaz əmlak bazarına xarici investorların cəlbi müzakirə olunub
- “TikTok”a qarşı yeni iddia: İstifadəçilər üzərində gizli sınaqlar
- AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- Xəzərin dibi ilə Azərbaycan üçün yeni gəlir mənbəyi: Transxəzər Fiber-Optik Rabitə Xətti
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək


