“BP-Azerbaijan” şirkəti 2026-cı ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edib.
BAKU.NEWS şirkətin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynidir.
Hesabat dövründə yataqdan 1 milyon tona yaxın kondensat hasil edilib ki, bu da 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə uyğunluq təşkil edir.
“Hazırda yatağın hasilat gücü sutkada təxminən 74,2 milyon kubmetr və yaxud ildə 27,1 milyard kubmetrə qədərdir”, – məlumatda qeyd olunub.
2026-cı ilin birinci rübündə “Şahdəniz” konsorsiumunun yatağın işlənməsi çərçivəsində xərcləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19,4 % artaraq 1 milyard 121 milyon ABŞ dollarına çatıb. İstismar xərcləri təxminən 726 milyon ABŞ dolları (artım 8,1 %), əsaslı xərclər isə 336 milyon ABŞ dolları (artım 57,7 %) təşkil edib. Xərclərin əsas hissəsi “Şahdəniz 2” çərçivəsində görülən işlərin payına düşüb.
Şirkətdən verilən məlumata görə, ümumilikdə “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında 5, qərb cinahında 5, cənub-şərq cinahında 4, cənub-qərb cinahında 5 və şimal-şərq cinahında 4 quyu daxildir.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


