Rolls-Royce Motor Cars və Kengo Kuma arasında iş birliyi nəticəsində yaradılan eksklüziv Rolls-Royce Dawn iki dünyanın xüsusiyyətlərini özündə cəmləşdirir: lüks avtomobillər və memarlıq qurğuları. Avtomobil, dünyanın məşhur lüks daşınmaz əmlak istehsalçısı Westbank üçün Kengo Kuma tərəfindən dizayn edilmişdir, Tokionun mərkəzindəki yeni lüks iqamətgah “Kita”nın estetikasını təcəssüm etdirir.
Unikal Dawn, Kitasando’nun sakit bir yerindəki çoxmərtəbəli penthausun son mərtəbəsində yerləşən “The Kita Tea House” sahibinin eksklüziv istifadəsi üçün nəzərdə tutulmuşdur. Penthaus, “Meiji” məbədinin Əbədi Meşəsi və Kenqo Kuma tərəfindən inşa edilən Yapon Milli Stadionuna baxan binanın damındakı çay evinin şərəfinə adını almışdır.
Dawn dizaynı, kompleksin arxitekturasının dəqiq və təmiz xəttlərində özünü ifadə edən Yapon incəliyini təqdim edir. Aydınlıq və dəqiqliq rahatlıq mühiti yaradır, dizayn yumşaq və gözə çarpmayan şəkildə göstərilir. Eyni zamanda, Dawn və “Kita” kompleksi vizual səhvsiz tanınır və adi Yapon normalarını pozan səxavətli nisbətlərə malikdir: aldadıcı dərəcədə neytral, lakin dərin atmosfer, praktik, lakin son dərəcə rahatdır.
Dawn gövdəsi binanın gümüşü boz rəngli struktur konstruksiyalarını əks etdirən çox istiqamətli Silver Haze rəngində boyanmışdır. Günəş şüalarında bürünc rəng parıldayır – binanın fasadındakı bürünc “koshi” qəfəslərə və interyerdəki vurğulara eyham. Dizayn tutqun gümüş kapot və gövdə boyunca qara dekorativ xətt ilə tamamlanır. Kral qoz ağacının açıq məsamələrlə bəzədilməsi eksteryer və interyer arasında sərhədləri silir.
Ön panel paslanmayan poladdan “Kita Residence” yaşayış yerinin loqotipini bəzəyir – bu Rolls-Royce Bespoke kollektivindən inkrustasiyanın zərif nümunəsidir.
Ön paneldə Rolls-Royce dizaynerləri ilk dəfə rəng keçidindən istifadə ediblər. İnteryerin dizaynında deqrad effekti istifadə olunub – boz Piano Selby Grey-dən qara Piano Black-ə üfüqi keçid, bu effekt binanın materiallarının cəsarətli qarışığını əks etdirir. Həmçinin, kompleksin fasadı Bianco Carrara lüminessent mərmərini boz çiləmələrlə, tutqun paslanmayan poladdan açıq boz çalar, tünd qranit və metal plitələrlə birləşdirir.
“Mən ilk dəfə bu cür layihə üzrə məsləhətçi kimi çıxış etdim və bunu Rolls-Royce şirkəti üçün etməkdən qürur duyuram”, – Kenqo Kuma bildirib. “Rolls-Royce, Çay Evinin sahibinə şəhərin atmosferini hiss etməsinə imkan verən “Kita” rezidensiyasının mahiyyətini avtomobilin estetikasında tuta bildi. Bu maşını vətənimdə Tokioda görmək mənim üçün böyük şərəfdir.”













