14 noyabr, 2023-cü il, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçiriləcək
Bu barədə BAKU.NEWS-a məlumat verən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin sədri Nigar Həsənzadə bildirib ki, hazırda ölkə səviyyəsində qeyd etdiyimiz Zəfər günlərinin növbəti ildönümünə təsadüf edən bədii-musiqili gecə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşkilatçılığı ilə “İgidlərin sözü” layihəsi çərçivəsində təşkil olunacaq.
Gecədə Azərbaycan Dövlət Televiziyasının “Döyüşən rəssamlar” layihəsi çərçivəsində Qazi rəssamların əsərləri də nümayiş etdiriləcək.
S.Kərimova.


