“Qarabağ” klubunun Ağdam şəhərində yerləşən stadionu ermənilər tərəfindən viran edilib.
BAKU.NEWS-un məlumatına görə, sosial şəbəkədə Ağdamın “Qarabağ” klubunun stadionundan çəkiliş yayımlanıb. Görüntülərdən aydın olur ki, Ağdamda yerləşən bir çox tarixi yerlər və abidələrlə yanaşı “Qarabağ”ın stadionu da dağıdılıb.


