Azərbaycanın pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan “Prime Cotton” MMC-nin rəhbərliyində yeni təyinat olub.
Şirkətin strateji hədəflərinin reallaşdırılması və fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə Tural Əlizadə “Prime Cotton” MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Tural Əlizadə 2 ilə yaxın müddətdir ki, “Prime Cotton” MMC-də İdarə Heyətinin üzvü və baş kommersiya direktoru vəzifələrində çalışaraq şirkətin kommersiya siyasətinin formalaşmasında və bazar mövqelərinin möhkəmləndirilməsində yaxından iştirak edib.
Tural Əlizadə geniş idarəçilik təcrübəsinə malik peşəkar rəhbərdir. O, bu təyinata qədər “Procter & Gamble” şirkətində Qafqaz üzrə bazar strategiyası və planlama, satış və ticari marketinq əməliyyatlarının rəhbəri, “FAB Paints & Chemicals Industry LLC” şirkətində baş kommersiya və strategiya direktoru, həmçinin “Gilan FMCG Trade & Distribution LLC”, eləcə də “Unimac LLC” və “Universal Pro LLC” və s. şirkətlərində baş icraçı direktor vəzifələrində çalışaraq böyükmiqyaslı biznes proseslərini idarə edib.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


