Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.
Fərmanla “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Müəyyən edilsin ki, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs həyata keçirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
TREND
- AzTV milyonluq zərərə düşüb
- Ramiz Mehdiyev ilə bağlı daha bir QƏRAR
- Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
- “Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb
- Prezidentdən MÜHÜM FƏRMAN
- “AzerGold” UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
- “Qadınlar və qızlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qururlar”
- “Rəqəmsal Könüllülər”in dəstəyi ilə “mygov” xidmətlərindən istifadə təşviq olunur


