Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Sahib Rzayev Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Yeni rəhbər bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi işləyib.
S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb.
S.Rzayev 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin iyulunda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
TREND
- Azərbaycanda B2B satınalma platforması: Qaia bizneslərə yeni imkanlar yaradır
- Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik məsələlər müzakirə edilib
- İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
- TƏBİB-in “TikTok”da video paylaşdığına görə işdən çıxardığı sürücüsü işə bərpa olundu
- Müstəntiqlikdən nazir müavini vəzifəsinə… – Dosye
- Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM
- Mirsaleh Seyidov vəzifəsindən azad olundu
- Azərbaycanın kredit ittifaqları xeyli zərərə düşüb


