Vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə “Kraudfandinq haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.
Sözügedən məsələ “Maraqlar toqquşması haqqında” Qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanı, direktorlar (müşahidə) şurası) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil edən vəzifəli şəxsə aşağıdakılar qadağan edilir:
– nümayəndə olduğu hüquqi şəxsdən, onun idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının) və ya təftiş komissiyasının (audit komitəsinin) üzvlərindən hədiyyələrin qəbul edilməsi;
– nümayəndə olduğu hüquqi şəxsin payının (səhminin) və həmin hüquqi şəxsin əmlakının və ya əmlak hüquqlarının alınması;
– nümayəndə olduğu hüquqi şəxsdə hər hansı ödənişli vəzifənin tutulması.
Vəzifəli şəxs müəyyən edilmiş məhdudiyyətlərə nümayəndə funksiyasına xitam verildikdən sonra 2 (iki) il müddətində də əməl etməlidir.
Vəzifəli şəxs bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.
Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz.
Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz. (Oxu.az)
TREND
- “Qadınlar və qızlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qururlar”
- “Rəqəmsal Könüllülər”in dəstəyi ilə “mygov” xidmətlərindən istifadə təşviq olunur
- Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alındı
- Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub
- Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur
- Fidan Quluzadə tələbələrə təlim keçib – FOTOLAR
- Tanınmış jurnalist Aysel Aslanqızı YENİ VƏZİFƏYƏ təyin olundu
- “CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir


