Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayətdir.
Bu, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində qeyd olunub.
“Bəzi hallarda bu növ cinayətlərin transsərhəd xarakteri müvafiq tədbirlərin həm milli, həm də beynəlxalq müstəvidə görülməsini zəruri edir. Bu xüsusda, “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası” bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəddir. Azərbaycanın bu Konvensiyaya qoşulması beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməsi korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayır”, – dövlət başçısı bildirib.
TREND
- Elçin Qədimov AIREX 2026-da premium yaşayış və lüks layihələrin gələcəyini müzakirə edəcək
- XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib
- PAŞA Bank yeni bonus mil proqramına start verib
- Yasamalda məktəbdə bədbəxt hadisə baş verib – Şagird öldü
- Kaspersky barkod skanerlərində anbarlara kiberhücumlara yol açacaq boşluq aşkarlayıb
- “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək
- Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirilib
- İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir


