Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Xidməti it şübhəli paleti müəyyən edib
“Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.
Kahı ilə örtülmüş qablaşdırmalardan marixuana tapılıb
Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
TREND
- “Qadınlar və qızlar bilikləri, liderlik keyfiyyətləri və təşəbbüsləri ilə cəmiyyətlər arasında körpülər qururlar”
- “Rəqəmsal Könüllülər”in dəstəyi ilə “mygov” xidmətlərindən istifadə təşviq olunur
- Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alındı
- Ruandalı nazir ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub
- Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur
- Fidan Quluzadə tələbələrə təlim keçib – FOTOLAR
- Tanınmış jurnalist Aysel Aslanqızı YENİ VƏZİFƏYƏ təyin olundu
- “CHELEBI” Bakı Beynəlxalq İncəsənət Festivalında Şaron Eyalın “Studiyada” tədbirinə dəstək verir


