Azərbaycan İdman Akademiyasında Karyera inkişafı şöbəsinin təşkilatçılığı ilə “Özünü ifadə et: kommunikasiya və ictimai nitq” adlı təlim keçirilib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının piar meneceri Fidan Quluzadə iştirakçılara effektiv ünsiyyət, özünü təqdimetmə və ictimai nitq bacarıqları haqqında məlumat verib.
Praktiki tapşırıqlar vasitəsilə iştirakçıların bu sahədə bilik və bacarıqlarının inkişafına dəstək göstərilib.











