Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərini təltif edib.
Ölkə başçısı bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Məmmədov Şahin Yusif oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, Şahin Məmmədov DVX-nin Media və kommunikasiya idarəsinə rəis müavinidir.
Qeyd edək ki, 11 fevral Vergi xidməti işçilərinin peşə bayramı günüdür.


