Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətindən 5-nin öhdəlikləri 48 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “PAŞA Həyat Sığorta” (688,9 milyon manat), “PAŞA Sığorta” (290,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (129,4 milyon manat), “Qala Sığorta” (60,9 milyon manat) və “Atəşgah Sığorta” (48,5 milyon manat) ASC-lərdir.
Qalan 10 sığorta şirkətindan 8-nin öhdəlikləri 10-48 milyon manat arasında, 2-nin öhdəlikləri isə 10 milyon manatdan azdır.
Ötən il 15 sığorta şirkətindən 6-nın öhdəlikləri azalıb. Bunlar, “Meqa Həyat Sığorta”, “Aqrar Sığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta” və “Xalq Sığorta” ASC-lərdir. Ən çox azalma “Meqa Həyat Sığorta”da (42,7%), ən az azalma isə “Xalq Sığorta”da (0,5%) qeyd alınıb.
Qalan 9 sığorta şirkətinin isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Sığorta” ASC-də (43,1%), ən aşağı dinamika isə “PAŞA Həyat Sığorta” ASC-də (0,8%) qeydə alınıb.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


