“PAŞA Bank” ASC 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 83 milyon 968 min manat xalis mənfəət ilə bağlamışdı.
BAKU. NEWS xəbər verir ki, bu barədə 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru Cavid Quliyev və “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş maliyyə İnzibatçısı Bəhruz Nağıyev məlumat veriblər. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, 2021-ci ildə Türk lirəsinin devalvasiya olması səbəbindən bankın Türkiyə Respubliksaında olan törəmə şirkətinə kapital investisiyası 22,4 milyon manat dəyərsizləşmişdir. Dəyərsizləşmə zərəri nəzərə alınmadıqda bankın xalis mənfəəti 97 milyon 290 min manat təşkil edib. Ötən il xərclərin gəlirə nisbəti 44,9%, hər işçiyə düşən gəlir 97,24 min manat, xərclərin aktivlərə nisbəti isə 2% olub.


