Prezident İlham Əliyevin imzaladığı Fərmanla güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısı genişləndirilib.
Bu, dövlət başçısı “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin siyahısına daxil ediliblər.


