ABŞ Prezidenti Donald Trampın “Qəzzadakı müharibə artıq başa çatıb” açıqlamasından sonra İsrail Baş naziri Benyamin Netanyahu da “Müharibə hələ davam edir” ifadəsi ilə gündəmə gəlmişdi.
Redaksiya xəbər verir ki, Trampın İsrailə səfəri zamanı Knessetdə mikrofonlar qarşısına keçən İsrail baş naziri “Müharibə bitdi” ifadəsini işlədib. İsrailin Kanal 12 telekanalına görə, Netanyahunun bu sözləri həm ölkə daxilində, həm də beynəlxalq mediada ciddi rezonans doğurub.
Mütəxəssislər hesab edirlər ki, “Müharibə bitdi” bəyanatı Qəzzada yeni diplomatik və siyasi mərhələnin başlanğıcını göstərə bilər.


