Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
BAKU.NEWS-un məlumatına görə, “Neftçi” “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”dakı matçda qalib müəyyənləşməyib – 2:2.
Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Neftçi” ikinci pillədəki yerini qoruyub.
Qollar: Təmkin Xəlilzadə, 24 (1:0), Ramil Şeydayev, 29 (2:0), Namik Ələsgərov, 36-pen (2:1), 60-pen (2:2)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 58-iki sarı vərəqə (“Sabah”), Filip İvanoviç, 86-iki sarı vərəqə (“Sabah”), Təmkin Xəlilzadə, 88-iki sarı vərəqə (“Sabah”)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”


