Naxçıvanın ölkə iqtisadiyyatında payı artır və bu tendensiyanın gələcək illərdə daha da sürətlənəcəyi proqnozlaşdırılır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin təmin edilməsi bu baxımdan bölgənin daha sürətli inkişafına əhəmiyyətli töhfə verəcək:
“Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır”.
Nazir qeyd edib ki, həyata keçirilən bu addımlar bölgədə iqtisadi fəallığın artmasına və investisiya mühitinin yaxşılaşmasına xidmət edir. (Report)
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


