AZCON Holding şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Murovdağ” quru yük gəmisi Braziliya–Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb.
Gəmi aprelin 10-da Braziliyanın Maseyo limanından yola çıxaraq Atlantik okeanı üzərindən keçid edib və Mərakeşin Kasablanka limanına çatıb.
Səfər çərçivəsində “Murovdağ” 34 600 ton şəkər yükünü təyinat məntəqəsinə çatdırıb. Hazırda gəmi lövbər dayanacağında yükboşaltma üçün növbə gözləyir.
Məhdudiyyətsiz üzmə imkanlarına malik “Murovdağ” gəmisinin dedveyti 38 000 tondur. Gəminin uzunluğu 179,9, eni 30, suya oturumu 10,47 metrdir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına malikdir.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


