Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) ilə Pakistanın Mərkəzi Depozitar Şirkəti – Central Depository Company of Pakistan Limited (CDCPL) arasında 15 iyul 2026-cı il tarixində Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi mərkəzi depozitar fəaliyyəti və kapital bazarları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bilik, təcrübə və qabaqcıl təcrübələrin paylaşılmasıdır.
Sənəd çərçivəsində xidmətlər, korporativ idarəetmə, risklər, investor xidmətləri, biznes əməliyyat modelləri, texnoloji həllər, eləcə də depozitarların funksiyaları və daxili iş təcrübələri üzrə məlumat mübadiləsi nəzərdə tutulur.
TREND
- İSB tərəfindən “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə
- Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib


