Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının 2024-cü il üzrə icra vəziyyəti barədə hesabat MDM-in Müşahidə Şurası və İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının rəhbərliyinə təqdim edilmişdir.
Hesabatda strategiyada müəyyən olunmuş hədəflərə nail olmaq üçün 2024-cü il üzrə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilmişdir. Həmçinin gecikmədə olan fəaliyyətlər və onların icra edilməsi ilə bağlı atılacaq növbəti addımlar Mərkəzi Bankın rəhbərliyinin diqqətinə çatdırılmışdır.
Mərkəzi Bankının rəhbərliyi hesabatın icra statusunu məqbul hesab edərək, strateji təşəbbüslərin həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini vermiş və qeydlərini bildirmişdir.
Mərkəzi Bankın rəhbərliyi tərəfindən MDM-in İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusunun qısa zaman ərzində ictimaiyyətə kommunikasiya edilməsi tövsiyə olunmuşdur.


