Millət vəkili, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova İctimai televiziyada autizmlə bağlı problemləri qaldırıb.
BAKU.NEWS xəbər verir ki, Jalə Əhmədova bu barədə öz sosial hesabında məlumat verib
“İTV-nin “Sabaha saxlamayaq” verilişində autizm spektrli pozuntusu olan şəxslər, onların və ailələrinin üzləşdikləri çətinliklərdən, müasir dövrün ən aktual problemlərindən biri olan autizmlə bağlı cəmiyyətin maarifləndirilməsi və bu yöndə təbliğat işlərinin aparılmasının vacibliyindən danışdım. Milli Məclisin deputatı və Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq dəvət edildiyim verilişdə, həmçinin “Gənclik MALL” ticarət və əyləncə mərkəzində autizm spektrli pozuntusu olan Kənana qarşı törədilmiş zorakılıq əməlinin yolverilməz olduğunu qeyd etdim, insanların həssas qruplardan olan şəxslərlə münasibətinin formalaşdırılması və s. autizmlə bağlı digər bir çox məqamlara aydınlıq gətirdim”, deyə millət vəkili qeyd edib.



