Kəlbəcərdə Külək Elektrik Stansiyası (KES) üzrə ölçmə işləri yekunlaşmaq üzrədir.
Bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
“Kifayət qədər maraqlı nəticələr var. Göstəricilər kifayət qədər ümidvericidir”, – o bildirib.
Qeyd edək ki, 2024-cü ilin noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, “Clean Energy Invest” MMC (AGEC-in törəmə şirkəti) və “Baltech Green” MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu unikal layihə dəniz səviyyəsindən 3 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür KES olacağı gözlənilir. “Clean Energy Invest” və “Baltech Green” layihə üçün birgə müəssisə yaradıblar.
İlkin gücü 240 MVt olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 MVt gücə çatmaq potensialına malikdir. 2025-ci ilin sonunda Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub. (Trend)
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


