“İcbari sığortalar haqqında” Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş yol nəqliyyat hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
2026-cı ilin yanvar-mart aylarında İSB-yə kompensasiya ödənişləri ilə bağlı 73 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif dərəcəli xəsarətlərə görə 66750 manat, əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 3000 manat və ölüm ilə nəticələnmiş hadisələr üzrə 69 583 manat olmaqla, ümumilikdə 139 333 manat kompensasiya ödənişləri həyata keçirilib.
Kompensasiya ödənişi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən və naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, habelə sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə (iflas etmiş sığorta şirkəti) həyata keçirilir.
Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən əldə edə bilərsiz.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


