Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndində təməlqoyma mərasimində iştirak edib.
BAKU.NEWS xəbər verir ki, ölkə başçısı həmçinin Zəngilan məscidinin bərpa prosesi ilə yaxından tanış olub və tikintidə şəxsən iştirak edərək hörgüyə xatirə lövhəsi yerləşdirib.
Bununla bağlı görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva öz “Instagram” profilində paylaşıb.


