Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
TREND
- Lətif Kərimovun Vyanada 120 illik yubileyi qeyd olunub
- Xankəndidə II Qarabağ Təhsil Forumu keçirilib – “ÖyrədənSƏN” devizi altında müəllimlər bir araya gəlib
- Mastercard dünyanın ən yaxşı 20 şirkəti sırasında yer alıb
- Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT
- Dərslər başlayıb – kirayə mənzil bazarında qiymətlər necə dəyişib?
- Tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- “Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq


