Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin köşkündə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.
İki liderin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq.


