Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib.
⠀ ⠀ ⠀⠀⠀
BAKU.NEWS xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən Neftçala şəhəri, o cümlədən qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.⠀
⠀⠀
Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.



