2026-cı ilin I yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı alt sistemlərinin, o cümlədən “e-rüsum”un tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.
I yarımildə “e-rüsum” altsistemi üzrə ümumilikdə 68 218 bildiriş yaradılıb, 63 316 qəbz üzrə ödəniş həyata keçirilib. Hesablanmış dövlət rüsumlarının ümumi məbləği 32,04 milyon manat, ödənilmiş dövlət rüsumlarının məbləği isə 31,2 milyon manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir.
TREND
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə
- Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
- “CPM-İnvest”in sahibi investisiya şirkətindən nə qədər qazanır?- Rəqəmlər


