Mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənlinin youtube kanalı haker hücumuna məruz qalıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə
Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunub:
“Əziz dostlar! Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır. Artıq Youtube kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.


