İşğaldan azad edilən Füzuli rayonunun kəndlərindən birində suriyalı muzdlular tərəfindən istifadə olunduğu ehtimal olunan əldaqayırma raketatan qurğu aşkarlanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.
“Füzulinin azad olunmuş kəndlərindəyik. Bu əldəqayırma raketatan erməni ordusu tərəfindən yaxınlıqda yerləşən sıx məskunlaşmış kəndlərə qarşı istifadə edilib. Bu cür əldəqayırma sistemlər əsasən Suriyada istifadə olunurdu. Ermənilər Yaxın Şərqdən muzdlular cəlb edib”,- deyə H. Hacıyev qeyd edib.


