“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində daha çox pilotsuz uçuş aparatları, hərbi geyimlər və ləvazimatlar, hərbi dəniz sistemləri, radioelektron mübarizə vasitələri, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, silah və sursat kimi bölmələr təmsil olunacaq.
Bunu “ADEX” və ” Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi “Securex Caspian”a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, “ADEX” sərgisi ilə paralel olaraq “Securex Caspian” sərgisində daha çox informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, yanğın təhlükəsizliyi kimi bölmələr təqdim olunacaq.
“Bu il “ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Bakı Ekspo Mərkəzinin foyesində böyük startap zonası təşkil ediləcək. Həmçinin 3 gün ərzində müxtəlif mövzularda panel diskussiyalar təşkil olunacaq və sərgi çərçivəsində qoşun növləri üzrə hərbi keçid də təşkil ediləcək”, – deyə Ülkər Qasımova diqqətə çatdırıb.
TREND
- Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub,
- Narkotik şəbəkəsinə ağır zərbə – VİDEO
- Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
- Hesablama Palatası işçilərinə 13 milyon manata yaxın əmək haqqı ödəyəcək
- AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
- Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
- Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin artıb
- Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib


