Türkiyə mediası Fatih Terimlə bağlı son məlumatı paylaşıb.
Müxbirlə telefon danışığı zamanı baş məşqçinin öskürəkdən xilas olduğu və əhvalının yaxşılaşdığını deyib.
Fatih Terim, həkimlərin ona çox yaxşı baxdığını və yaxın zamanlarda növbəti müayinə ediləcəyini açıqlayıb. Tanınmış baş məşqçidən açıqlama alan media orqanı onun vəziyyətinin yaxşı olduğunu qeyd edərək, növbəti müayinədən sonra evinə buraxıla biləcəyini bildirib.


