Türkiyənin “Galatasaray” Futbol Komandasının baş məşqçisi Fatih Terim koronavirus testinin sonuncu nəticələrinin də negativ çıxdığını açıqlayıb.
Sosial media hesabından bu xəbəri açıqlayan Fatih Terim həkimlər məsləhət bilərsə, donor olmağa da hazır olduğunu qeyd eidb.
“Mənə bir şey olmaz deməyin, sağlamlığınıza diqqət edin”, deyə təcrübəli futbol mütəxəssisi insanlara bütün qaydalara diqqətlə riayət etməyi məsləhət bilib.


