Belçikalı 17 yaşlı pilot Mark Ruterford kiçik təyyarə ilə təkbaşına dünyanı gəzən ən gənc insan olub.
BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyadan başlayan Ruterford kiçik bir təyyarə ilə təkbaşına dünya səyahətinə çıxıb.
Gənc pilot martın 23-də başlayan səyahətində 5 qitənin 52 ölkəsinə gedib. O, Ginnesin Rekordlar Kitabının tələblərini yerinə yetirmək üçün ekvator xəttini iki dəfə keçib.
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya hava məkanından keçə bilməyən Ruterford marşrutunu uzatmalı olub.


