“Tərəfimizdən həyata keçirilmiş zəruri əmliyyat nəticəsində Azərbaycan silahlı qüvvələrinə zəruri dəstək verilib”.
BAKU.NEWS Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu DTX rəisinin müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib.
İ.Musayevin sözlərinə görə, dövlət başçısının 1315 saylı müvafiq sərəncamına uyğun olaraq DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb:
“Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik”.


