Tanınmış meyxanaçı Rüfət Nasosnu məşhur şirkəti özbaşınalıqda ittiham edib.
Meyxanaçı SNTV, indiki KATV1 şirkətinin əməkdaşlarını laqeydlikdə günahlandırıb:
“Bir dəqiqə ödənişi gecikdirən kimi internet kəsilir. Amma ay ərzində 2-10 saat interneti vermirlər, kəsintilər olur. Zəng edirsən, üzr istəmək və s. yoxdur. Zəng edəndə operatora düşmək olmur, 3-5 manat xərcləyirsən, problem həllini tapmır. İndiki dövrdə 5 manat da puldur. Yaxşı, mənim imkanım var, zəng edə bilirəm, bəs pulu olmayan neynəsin?”.
Meyxanaçı problemlə əlaqədar aidiyyəti qurumlardan dəstək istəyib:
“Xahiş edirəm, KATV1.AZ bu özbaşınalığına son qoysunlar”.
Qeyd edək ki, SNTV (“SN Telecom” MMC) Sumqayıt şəhərində fəaliyyət göstərən kabel televiziyası və internet provayderidir. 2025-ci ilin dekabrında “SN Telecom” MMC (SNTV) və “Rahat Telecom” MMC “AG Telekom” MMC-yə (KATV1 brendi) birləşdirilib. Bu birləşmədən sonra SNTV hüquqi olaraq KATV1-in tərkibinə daxil olub və şirkət Sumqayıtda və ətraf ərazilərdə fəaliyyətini bu brend vasitəsilə davam etdirir.
Qaynarinfo
TREND
- Sürücülərin NƏZƏRİNƏ! – Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
- AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
- Rüfət Nasosnu KATV1 internet provayderini ittiham etdi
- “Changan” almaq istəyənlərin pulunu mənimsədi – Avtosalon əməkdaşına ağır cəza
- 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi – SİYAHI
- Metroda 16 milyondan çox sərnişin daşındı
- AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək – VİDEO
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib


