Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən Vəzirov Rəşid Şamil oğlu nazirin müşaviri təyin olunub.
1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində təhsil və ixtisasartırma proqramlarında iştirak edib.
Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ildən Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində işləyib.
Uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.


