Qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında saxta kampaniyalar yayılıb.
Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Respublikası Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.
Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur.
TREND
- “Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı
- “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər
- Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
- Paytaxtda Zəfər Günü ilə bağlı ağacəkmə aksiyası – FOTOLAR
- Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı – Xəbərdarlıq
- BakıKart”dan sərnişinlər üçün daha bir yenilik – müəllimlərə 1 qəpiklik gediş imkanı
- Səbinə Əliyevaya daha 7 il etimad: Ombudsman institutunu qarşıdakı dövrdə hansı vəzifələr gözləyir? – TƏHLİL
- Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi – qızı zorlamağa cəhd edib


