“Ermənistan yeni konstitusiyanın qəbulunun Azərbaycanla sülhün əldə olunması üçün kifayət edib-etməyəcəyini və sülh müqaviləsinin imzalanmasının bütün mübahisəli məsələlərin yekun həlli demək olub-olmayacağını aydınlaşdırmaq niyyətindədir”.
Oxu.Az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş nazir Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib.
“Ermənistan yeni konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı? Bəs bu imzalama prosesi özlüyündə Ermənistan və Azərbaycan arasında heç bir münaqişə gündəliyinin qalmayacağı hərtərəfli sülhün bərqərar olması demək olacaqmı?” – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvanın əsas səyləri məhz bu suallara cavab tapmağa yönəldiləcək.
Paşinyan onu da əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının layihəsi noyabr ayında ictimaiyyətə təqdim olunacaq.
TREND
- Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar
- “Bank Respublika” və “AccessBank”da rəhbər dəyişikliyi olub
- AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir
- Ermənistan Azərbaycandan təsdiq gözləyir?
- Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
- “Rabitəbank”ın Müşahidə Şurasına sədr müavini təyin edilib
- Tərtər və Ağdərədə kardioloji tibbi aksiya keçiriləcək
- Taleh Kazımovun ekspertlərlə görüşü keçirilib


