Noyabrın 4-də saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, tikinti işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
TREND
- Sürücülərin NƏZƏRİNƏ! – Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
- AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
- Rüfət Nasosnu KATV1 internet provayderini ittiham etdi
- “Changan” almaq istəyənlərin pulunu mənimsədi – Avtosalon əməkdaşına ağır cəza
- 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi – SİYAHI
- Metroda 16 milyondan çox sərnişin daşındı
- AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək – VİDEO
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib


