Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.
TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.
Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib
Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.
Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı. (bakupost)
TREND
- İcbari Sığorta Bürosu beynəlxalq akkreditasiyaya layiq görülüb
- Bakı Beynəlxalq İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib
- Fərid İsrafilzadə yeni vəzifəyə təyin edilib
- AZCON Holding-in təşəbbüsü ilə böhran kommunikasiyası üzrə təlimlər keçirilib
- Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- Beynəlxalq hüquq niyə hamıya eyni cür tətbiq olunmur? – Azərbaycanın ikili standartlara qarşı mövqeyi
- Azərbaycanda pul baratları üzrə saldo 70 % artıb
- Azərbaycanda dollar satışı kəskin artıb – AMB RƏSMİ AÇIQLAMA VERDİ


