Bu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC 16 milyondan çox sərnişin daşıyıb.
Girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.
Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə “Koroğlu” stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.
“Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.
TREND
- Sürücülərin NƏZƏRİNƏ! – Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
- AQC: Bakıda daşınmaz əmlak qiymətləri illik müqayisədə əhəmiyyətli dərəcədə artıb
- Rüfət Nasosnu KATV1 internet provayderini ittiham etdi
- “Changan” almaq istəyənlərin pulunu mənimsədi – Avtosalon əməkdaşına ağır cəza
- 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi – SİYAHI
- Metroda 16 milyondan çox sərnişin daşındı
- AQTA-dan ailə kəndli təsərrüfatlarına dəstək – VİDEO
- AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib


