Amerika Kino Sənətləri Akademiyası “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına namizədlərin adını açıqlayıb.
BAKU.NEWS xəbər verir ki, bu il mükafat uğrunda 8 film mübarizə aparacaq. Bunlar Devid Finçerin “Mank”, Aaron Sorkinin “Çikaqo yeddiliyinin məhkəməsi” (The Trial of the Chicago 7), Xloi Çjaonun “Köçərilər yurdu” (Nomadland), Şaki Kinqin “İuda və qara məsih” (Judas and the Black Messiah), Li Ayzek Çunun “Minari” (Minari), Darius Marderin “Metalın səsi” (“Sound of Metal), Emirald Fennelin “Ümid vəd edən qız” (Promissing Young Woman) vFloriana Zellerin “Ata” ( The Father) filmləridir.
Andrey Konçalovskinin “Əziz yoldaşlar” filmi isə nominantlar siyahısına düşə bilməyib.
Qeyd edək ki, mükafatlandırma mərasimi aprelin 25-də Los-Ancelesdə keçiriləcək.


