Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağında seysmik tədqiqatların ikinci mərhələsinə başlayıb.
Bu barədə ” “BP-Azerbaijan” şirkətinin məlumatında deyilir.
Məlumata görə, BP yataq haqqında bilikləri genişləndirmək, quyuların planlaşdırılmasına kömək etmək, yatağın işlənməsi strategiyalarını optimallaşdırmaq məqsədilə dəniz dibi nodlarından (Ocean Bottom Node, OBN) istifadə etməklə 2025-ci ilin dekabrında “Qarabağ” yatağında seysmik kəşfiyyatın birinci mərhələsinə başlayıb.
“Bu tədqiqatlar qrafikdən əvvəl, martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə edilmiş məlumatların emalı hazırda davam edir. Bunun ardınca martın ortalarında yüksək həlledicilikli (HR) / ultra yüksək həlledicilikli (UHR) seysmik tədqiqatlar proqramına başlanılıb. Bu tədqiqatın əsas məqsədi quyuların bütövlüyünə təsir edə biləcək geoloji risklərin, həmçinin platforma və digər infrastrukturun təhlükəsiz quraşdırılmasına mane ola biləcək yeraltı təhlükələrin müəyyən edilməsidir. HR/UHR seysmik tədqiqatının 45 günə qədər davam etməsi planlaşdırılır”, – məlumatda bildirilib.
Xatırladaq ki, 2025-ci iyunun 3-ü, “Bakı Enerji Həftəsi” çərçivəsində, BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Qarabağ” yatağının işlənməsi layihəsində 35 %-lik payın alınmasına dair saziş imzalayıb. Layihədəki qalan 65 % SOCAR-a məxsusdur.
BP bu layihənin operatoru kimi çıxış edir.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bunun da 21 milyon ton neft və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, “Qarabağ” neft yatağında maksimum hasilat sutkada 7,5 milyon barel təşkil edəcək.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


