Britaniyanın BP şirkəti “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA) blokunda ikiölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparıb.
Bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb
“ADUA layihəsi üzrə ilk addım olaraq suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlanmış və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib”, – məlumatda bildirilib.
Tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
“Əşrəfi-Dan-Ulduz-Aypara” bloku Bakının 90-110 km şimal-şərqində, 80-180 metr dərinlikdə yerləşir.
TREND
- Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən etdi
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi


